11:52 - 3.02.2022
3 fevral, Fineko/abc.az. “Gilan Holding” MMC-nin törəmə şirkətlərindən daha biri satın alınıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Gilan Qəbələ Beton Zavodu” MMC-nin ardından, “Gilan Beton” MMC də tikinti materialları istehsalçısı olan “Spark” MMC-nin strukturuna daxil edilib.
Qeyd edək ki, 2021-ci ildə “Gilan” brendi ilə fəaliyyət göstərən 9 şirkət adını başqa ada dəyişməli olub.
12 Avqust 2026