17:04 - 21.01.2022
21 yanvar, Fineko/abc.az. Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir:
- Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;
- İkinci prinsipdə hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;
- Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır.
- Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;
- Subsidiyaların nəticəyə görə verilməsi prinsipi.
12 Avqust 2026