16:36 - 19.01.2022
19 yanvar, Fineko/abc.az. Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyası çərçivəsində ilk iclasının gündəliyi məlum olub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, yanvarın 21-də keçiriləcək iclasın gündəliyinə aşağı məsələlər daxildir:
- Milli Məclisinin 2021-ci il payız sessiyası ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülmüş işlərin hesabatı.
- "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
- Cari məsələlər.
14 Avqust 2026
14 Avqust 2026