11:55 - 17.01.2022
17 yanvar, Fineko/abc.az. “Netflix” şirkəti xidmətə görə abunə haqqını artırıb.
ABC.AZ-ın məlumatına görə, artım yalnız ABŞ istifadəçilərinə şamil olynacaq.
Qeyd edək ki, əvvəllər 9-18 dollar olan aylıq abunə haqqı, indi 10-20 dollar arasında dəyişir.
Sonuncu dəfə “Netflix” ABŞ abunəçiləri üçün qiymətləri 2020-ci ilin oktyabrında qaldırmışdı.
Qeyd edək ki, Azərbaycan üçün seçilmiş tarifdən asılı olaraq qiymətlər 7.99-11.99 avro təşkil edir və 2020-ci ildən bu yana dəyişməz qalır.
Müəllif: Elmir Murad
12 Avqust 2026