16:32 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nizamnamə kapitalı 3 milyon manatdan çox olan şirkəti qeydiyyata alıb.
ABC.AZ-ın məlumatına görə, bu, “Dəniz Hospital” MMC-dir.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 107A, mənzil 39-dur. MMC-nin nizamnamə kapitalı 3,05 milyon manat, qanuni təmsilçisi isə Əbil Yaqub oğlu Tağıyevdir.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026