10:55 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. Azərbaycanda yeni ilin ilk günlərindən bir çox məhsullarda bahalaşma müşahidə edilir.
ABC.AZ-ın məlumatına görə, bahalaşma tütün məhsullarından da yan keçməyib.
Belə ki, növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.
Bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 10-20 qəpik civarında bahalaşıb.
Qeyd edək ki, qiymət artımı ötən ilin noyabrından gözlənilirdi.
Sözügedən tarixdə bəzi sahibkarlar bu barədə əvvəlcədən proqnoz ara-sıra verirdilər.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026