İndiyə kimi nə qədər qaz sayğacı sıfırlanıb?

10:38 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Yanvarın 1-dən bu günə qədər mexaniki sayğacdan (sonradan ödənişli) istifadə edən 104 min abonentin qaz sayğaclarının 65 faizi sıfırlanıb.

ABC.AZ-ın məlumatına görə, verir ki, bunu “Azəriqaz” İB-nin rəhbəri Ruslan Əliyev məlumat yayıb.

O qeyd edib ki, yanvarın 1-dən indiyə qədər bu tipli sayğacdan istifadə edən 104 000 abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 3 104 104 vatsap nömrəsinə göndərməkləri sayəsində bu rəqəm əldə edilib.

Tarif limitlərinin sıfırlanması prosesi davam etdirilir.