15:55 - 9.12.2021
9 dekabr, Fineko/abc.az. "Amazon" onlayn pərakəndə satış şirkəti cərimələnib.
ABC.AZ-ın məlumatına görə, şirkət cərimələyən İtaliyanın Antiinhisar Dövlət Xidmətidir. Belə ki, şirkət "bazarda dominant mövqedən sui-istifadə"yə görə 1 milyard 128 miylon avro məbləğində cərimələnib.
Tənzimləyicinin fikrincə, "Amazon" şirkəti "İtaliya bazarında mütləq üstünlük mövqeyindən" yararlanıb.
Bu da ona öz çatdırılma xidmətini inkişaf və təşviq etməyə imkan verib və bununla da e-ticarət bazarında logistika sektorunda fəaliyyət göstərən digər xidmətlərə ziyan vurub.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026