15:18 - 19.11.2021
19 noyabr, Fineko/abc.az. "Qazaxıstanda Atom Elektrik Stansiyası (AES) tikilə bilər".
ABC.AZ xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirilib.
Dövlət başçısı bildirib ki, yaxın vaxtda bununla bağlı qərar veriləcək. “Artıq Qazaxıstanda elektrik enerjisinin çatışmazlığının ilkin əlamətləri hiss olunur”, - o deyib. Ekspertlər isə bunu Qazaxıstan üçün əlamətdar hadisə sayır. Onlar hesab edir ki, AES ölkələrinə siyasi olduğu qədər də, iqtisadi cəhətdən fayda verəcək. Belə ki, AES hesabına yaxın ölkələrə elektrik enerjisi satacaq Qazaxıstanın büdcəsinə milyonlarla dollar pul gələcək.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026