09:58 - 8.09.2021
8 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü ticarətində artmaqdadır.
Saat 9:45 London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,25 (0,35%) bahalaşaraq bir barelə $71,94 təşkil edib. Sentyabrın 7-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $0,53 (0,73%) enərək bir barelə $71,69 təşkil edib.
Saat 9:45 Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,35 (0,51%) artaraq bir barelə $68,70 təşkil edib. Sentyabrın 7-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $0,94 (1,36%) düşərək bir barelə $68,35 təşkil edib.
ABŞ Neft İnstitutunun (APİ) ABŞ-da xammal ehtiyatları haqqında məlumatların dərc olunması gözlənilir. API NEZ operatorlarından, neft-texnika və boru kəmərlərindən könüllü şəkildə məlumat alır.
Cümə axşamı ABŞ Enerji Nazirliyi ölkədə kommersiya neft ehtiyatları, benzin və distillatlar haqqında həftəlik hesabat dərc edəcək.