ARDNF bu yataqdan 150 milyard dollardan çox gəlir qazanıb

14:09 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. 01.09.2021-ci il tarixinə olan məlumata görə, Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən etibarən Azəri Çıraq Günəşli (AÇG) yatağı üzrə 152 milyard 893 milyon ABŞ dolları gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində isə AÇG yatağı üzrə Fonda 3 milyard 488,5 milyon ABŞ dolları gəlir daxil olub.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər  isə 3 milyard 797 milyon ABŞ dollarına çatıb.

Müəllif: Elmir Murad