10:03 - 26.07.2021
26 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarəti zamanı azalır.
Saat 9:30-a London ICE Futures birjasında keçirilən ticarətda Brent markalı neftin sentyabr fyuçersi $0,61 (0,82%) – barel başına $73,49-a düşüb. İyulun 23-də ticarətin nəticələrinə görə, Brent neftinin sentyabr üçün fyuçers qiyməti $0,31 (0,42%) - barel başına $74,10-a qədər artıb.
Saat 9:30-da Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin sentyabr fyuçersinin qiyməti $0,66 (0,92%) - barrel başına $71,41-a düşüb. İyulun 23 - də keçirilən ticarətin nəticələrinə görə, sentyabr ayı üçün WTI-nin fyuçers qiyməti $0,16 (0,22%) artaraq barel başına $72,07-a çatıb.
Brent markalı neft ötən həftə ərzində 0,69%, WTI nefti isə 0,71% artıb.