Gürcüstan Azərbaycana 44 ton fındıq ixrac edib - Hesabat

17:05 - 9.02.2021


9 fevral, Fineko/abc.az. 2020-ci ilin avqustun 1-dən bu günədək Gürcüstandan 81,2 milyon ABŞ dolları dəyərində 15,6 min ton fındıq ixrac olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə ixracın həcmi 50 %, dəyəri isə 52 % artıb.

Qonşu ölkələr arasında Gürcüstandan ən az fındıq alan 44 tonla Azərbaycan olub. Digər qonşular olan Rusiya Gürcüstandan 756 ton, Türkiyə 530 ton, Ermənistan isə 885 ton fındıq tədarük edib.