10:29 - 11.01.2021
11 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftə yüksəldikdən sonra bazar ertəsi ticarətdə azalır.
Saat 9:38-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent markalı neftin fyuçersinin qiyməti barrel başına $0,59 (1,06%), $55,40 qədər azalıb. Yanvarın 8-də keçirilən hərracların nəticələrinə görə, Brentin mart ayına olan fyuçers qiyməti $0,08 (0,15%) - bir barelə $54,38-ə yüksəldi.
Saat 9:38-də Nyu-York ticarət birjasında (NYMEX) keçirilən ticarətdə WTI-nin fevral ayına olan fyuçersi $0,35 (0,67%) – bir barelə $51,89-a düşdü. Yanvarın 8-də keçirilən hərracların nəticələrinə görə fevral ayına olan fyuçers $0,20 (0,4%) - bir barel üçün $50,83 qədər bahalaşıb.
Ötən həftənin yekunları üzrə neftin qiyməti orta hesabla 8% artıb.