14:57 - 19.11.2020
19 noyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyinindən ABC.AZ-a daxil olan məlumata görə, neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,3 milyon ton az olub.
Ölkə üzrə neft hasilatının 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026