Rusiyada beynəlxalq uçuşlar ilk bu şəhərlərdə bərpa olunacaq – Siyahı

16:21 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Rusiyada beynəlxalq uçuşların bərpa olunacağı tarix dəqiqləşib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin açıqlama verərək uçuşların avqustun 1-dən bərpa ediləcəyini qeyd edib.

Baş nazir qeyd edib ki, ilkin olaraq uçuşlar 4 şəhərdən həyata keçiriləcək: "Beynəlxalq uçuşlara əvvəlcə Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan başlayacağıq. Uçuşların həyata keçiriləcəyi ölkələrin siyahısı isə sonra açıqlanacaq".

Müəllif: Elmir Murad