Brent nefti 89,60 dollara, WTI isə 83,94 dollara yüksəlib

10:08 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Geosiyasi gərginliyin artması və ABŞ-nin mühüm inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində dördüncü gün dünya bazarlarında neft qiymətləri yüksəlib.

ABŞ-nin WTI markalı xam nefti 0,89% bahalaşaraq barel üçün 83,94 dollara, "Brent" markalı neft isə 0,78% artımla 89,60 dollara yüksəlib. Hər iki etalon neft növü İyulun 31-dən bəri ən yüksək bağlama qiymətlərini yeniləyib.

Neft qiymətlərindəki bu artıma ABŞ ilə İran arasında gərginliyin səngiməsi gözləntilərinin zəifləməsi, Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik və Yəməndəki husilərin Mərakeş/Misir istiqamətli gəmiyə təşkil etdiyi hücum nəticəsində 4 heyət üzvünün həlak olması təsir göstərib. Digər tərəfdən, Asiya birjalarında əsas diqqət ABŞ-nin iyul ayı üzrə İstehlak Qiymətləri İndeksinə (TÜFE) yönəlib.

Bu göstəricinin FRS-in gələn ay faiz dərəcəsini artırıb-artırmayacağı barədə qərarına birbaşa təsir edəcəyi gözlənilir. Analitiklər ABŞ-də aylıq inflyasiyanın 0,1% artacağını, illik göstəricinin isə 3,4%-ə enəcəyini proqnozlaşdırırlar.