11:07 - 12.08.2026
12 avqust, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına bu günədək 7,2 milyard manatdan çox investisiya yatırılıb.
İZİA-dan verilən məlumata görə, sənaye zonalarında fəaliyyət göstərən sahibkarlar tərəfindən ümumilikdə 20,9 milyard manatlıq məhsul istehsal edilərək satılıb ki, bunun da 6,7 milyard manatdan çoxu ixracın payına düşüb.
Hazırda ölkə üzrə 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində 148 rezident və 10 qeyri-rezident qeydiyyata alınıb. Yaradılmış əlverişli biznes mühiti nəticəsində 11 200-dən çox daimi iş yeri təmin edilib və yüzlərlə layihənin icrasına dəstək verilib.
14 Avqust 2026
14 Avqust 2026