10:15 - 1.07.2020
1 iyul, Fineko/abc.az. Bu gündən etibarən Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti 10 qəpik artıb.
ABC.AZ-ın məlumatına görə, bundan əvvəl 1 manat 10 qəpik olan sözügedən markalı benzin indi 10 qəpik bahasıba satılacaq.
Beləliklə bu marka benzin artıq yanacaqdoldurma məntəqələrində 1 manat 20 qəpikdən təklif olunacaq.
Qeyd edək ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.
Müəllif: Elmir Murad