Neft qiymətləri artır, Brent bir barelə $22-a ticarət edilir

09:42 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Neftin fyuçers qiymətləri ötən gün yüksəldikdən sonra cümə axşamı 10% artmaqda davam edir.

Saat 9:00-da London ICE Futures birjasında, Brent neftinin iyun ayı üzrə fyuçers qiyməti $1,81 (8,9%) artaraq bir barelə $22,18 təşkil etdi.

Aprelin 22-də ICE Futures birjasında keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyun ayı üzrə fyuçers qiyməti $1,04 (5,4%) artaraq bir barelə $20,37 təşkil etdi.

Saat 9:00-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyun ayına olan fyuçersi $1,38 (10%) yüksələrək bir barelə $15,16 təşkil etdi.

Aprelin 22-də Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə WTI-in iyun ayına olan fyuçersi $2,21 (19,1%) yüksələrək bir barelə $13,78 təşkil etdi.