17:01 - 5.02.2020
5 fevral, Fineko/abc.az. SOCAR prezidenti Rövnəq Abdullayev hasilatın stabil saxlanılması istiqamətində görülən işlərdən danışıb.
ABC.AZ xəbər verir ki, SOCAR prezidenti bu barədə gənclərlə görüşü zamanı açıqlama verib.
O qeyd edib ki, hasilatı stabil saxlamaq üçün çoxlu işlər görüldü. “Azneft” İstehsalat Birliyində islahatlar keçirildi. Deyərdim ki, indi biz dünyanın ən qədim yataqlarında stabil neft-qaz istehsalını həyata keçiririk. Bizim əsas strategiyamız dəyər zəncirini böyütməkdir” deyə R. Abdullayev bildirib.
Qurum rəhbəri şirkətin beynəlxalq fəaliyyətindən də danışaraq xatırladıb ki, ilkin olaraq biznes fəaliyyətinə Gürcüstanda başlanıb: “Türkiyə əsas bazarımızdır. Türkiyədə “Petkim” STAR strategiyamızın bir xəttidir. Biz 2007-ci ildə “SOCAR Trading” şirkətini yarada bildik”.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026