09:55 - 29.01.2020
29 yanvar, Fineko/abc.az. Neft çərşənbə günü ABŞ-da ehtiyatların azaldılması və OPEC+ ölkələrinin neft qiymətlərini saxlamaq üçün tədbirlər görəcəyini gözləmək barədə məlumatlarına əsasən bahalaşır.
Yanvarın 28-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi $0,19 (0,32%) artaraq bir barelə $59,51 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,76 (1,28%) artaraq bir barelə $60,27təşkil etmişdir.
Yanvarın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,34 (0,64%) artaraq bir barelə $53,48 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:20-də $0,69 (1,29%) artaraq bir barelə $54,17 təşkil etmişdir.
Azeri Light neftinin qiyməti $1,09 (1,73%) artaraq bir barelə 63,95 dollar təşkil etmişdir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026