12:25 - 16.12.2019
16 dekabr, Fineko/abc.az. Bazar ertəsi günü Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracında 100 milyon manat cəlb edib.
“AMB dekabrın 16-da növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln.manat cəlb edib, hərrac zamanı təklif 745,7 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz dərəcəsi 5,76% təşkil edib (9 dekabr hərracında isə - 6,01%)”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
18 Avqust 2026