15:08 - 11.12.2019
11 dekabr, Fineko/abc.az. ABŞ Mərkəzi Bankı (Fed) bu gün Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaq.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, ekspertlər sözügedən məsələ barədə əvvəlcədən pronozlarını veriblər.
Ehtimallara görə, ilin osnu olduğu üçün Fed faiz dərəcələrini stabil saxlayaraq dəyişməyəcək. Bankın faiz dərəcələrini nə vaxtadək belə saxlayacağı isə dünya nəhəngləri və iqtisadiyyat sferasında maraqla izlənilir. İqtisadçılar hesab edir ki, Fed qarşıdakı 1-2 il ərzində də faiz dərəcələri ilə bağlı gözələmə mövqeyində qalacaq.
Qeyd edək ki, bu il 3 dəfə faiz endiriminə gedən Fed, iyul ayında pul siyasəti faizini 25 bənd endirərək 2,00%-2,25%, sentyabrda yenə 25 bənd azaldaraq 1,75%-2,00%, oktyabrda da yenə 25 bənd endirimlə 1,50%-1,75% aralığına endirib. Fed sədri Jerome Powell, oktyabr ayındakı iclasda faizləri artıramağın uyğun olacağı zamanların gələcəyinə işarə edərək, "Fed, bu an üçün faizləri artırmağı düşünmür" deyə bildirmişdi.
Müəllif: Elmir Murad
18 Avqust 2026