11:26 - 3.12.2019
3 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.
Xəbər verilir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”,- “Azneft”dən bildiriblər.
Xatırladaq ki, təyinata qədər neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsində Rəhman Qurbanov çalışıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026