14:37 - 2.12.2019
2 dekabr, Fineko/abc.az. 2019-cu ilin 10 ayı ərzində banklar və Azərpoçt tərəfindən 1 milyard 531 milyon 828 min valyuta vahidi məbləğində ABŞ dolları alınıb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı nağd xarici valyuta ilə mübadilə əməliyyatlarına dair statistik göstəricilərdə qeyd olunub. Hesabata əsasən, həmçinin 2 milyard 90 milyon 272 min valyuta vahidi məbləğində ABŞ dolları satılıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin 10 ayı ərzində ABŞ Dolları üzrə 1 milyard 701 milyon 21 min valyuta vahidi məbləğində alış, 2 milyard 605 milyon 522 min valyuta vahidi məbləğində satış əməliyyatı aparılmışdı. Beləliklə, bankların əhaliyə dollar satışı təxminən 515 milyon 255 min valyuta vahidi və ya 19,7% azalıb. Əhalinin banklara satdığı ABŞ dollarının həcmi isə 169 milyon 193 min valyuta vahidi və ya 9,9% azalıb.
Müəllif: Elmir Murad
18 Avqust 2026