10:28 - 20.11.2019
20 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,59 (0,88%) enərək bir barelə $66,32 təşkil edib.
Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı günü düşəndən sonra çərşənbə günü enməkdə davama edir.
Noyabrın 19-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $1,53 (2,45%) enərək bir barelə $60,91 təşkil etmişdir.
Brent markalı neftin yanvar fyuçersi saat 9:40-da $0,19 (0,31%) azalaraq bir barelə $60,72 təşkil edib.
NYMEX birjasında noyabrın 19-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $1,84 (3,23%) azalaraq bir barelə $55,21 təşkil etmişdir.
WTI markalı neftin dekabr fyuçersi saat 9:40-da $0,01 (0,02%) azlaaraq bir barelə $55,2 təşkil etmişdir.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026