11:32 - 15.11.2019
15 noyabr, Fineko/abc.az. AFB Bank-ın Müşahidə Şurasının qərarı ilə AFB BANK-ın İdarə Heyətinə yeni Sədr təyin edilib.
ABC.AZ xəbər verir ki, yeni sədr Orxan Xubanlı olub. Sədr vəzifəsinə təyin edilmiş O. Xubanlı əvvəllər “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müxtəlif vəzifələrdə çalışmış və “Bank Standard” QSC-da filial müdiri vəzifəsindən İdarə Heyətinin Sədrinin I müavini vəzifəsində işləyib.
Adıçəkilən şəxs Dövlət İqtisad Universitetində Biznesin İdarə edilməsi üzrə magistr dərəcəsi alıb, “London Business School” Korporativ Maliyyə və Risklərin Idarə edilməsi proqramının, həmçinin “Harvard Business School”-da Liderliyin Inkişafı proqramının məzunudur. O daha sonra əmək fəaliyyətini Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda İcraçı direktorun müşaviri, “AZSIĞORTA” ASC-də Baş icraçı direktor kimi davam etdirib.
Müəllif: Elmir Murad
18 Avqust 2026