Bu il bizim bəzi islahatlarımız təəssüf ki, qeydə alınmadı - Vüsal Qasımlı

10:22 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Bank sektorunun rəqəmsallaşması sistem xarakterlidir.

ABC.AZ xəbər verir ki, bunu IV Beynəlxalq bankçılıq Forumu -Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" tədbirində İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, hazırda pezident İlham Əliyev hakimiyyət qollarının eloktranlaşdırılması sistemini həyata keçirir.

V.Qasımlı sözügedən sistemin birbaşa elekton hökumətlə bağlı olduğunu qeyd etdi və bank sektorunun elektronlaşdırılmasına da toxundu: "Elektron Hökumət sistemi hazırda uğurla davam etdirilir. Elektron məhkəmənin yaradılması da vacib layihələrdən biridir. Azərbaycanda bank sektoru daha çox elektronlaşmağa meyllidir. Bildiyiniz kimi Azərbaycan bir sıra sahələrdə islahatları davam etdirir. Bu da təbii ki, beynəlxalq təşkilatları tərəfindən müsbət qiymətini alır. Buna baxmayaraq bu il bizim bəzi islahatlarımız təəssüf ki, qeydə alınmadı. Ümid edirik ki, gələn il qeydə alınacaq. Gördüyünüz kimi bütün beynəlxalq təşkilatların Azərbaycan barədə dəyərləndirmələri müsbətdir. Hazırda biz Postsovet məkanı üçün ilk dəfə kraunfaldinq layihəsini həyata keçiririk. Bu layihə Postsovet məkanında bir ilkdir və çox əhəmiyyətli bir işdir".

Müəllif: Elmir Murad