12:30 - 31.10.2019
31 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 1 milyard 211,2 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, 9 ayda Gürcüstanın Azərbaycandan idxal etdiyi “mavi yanacağ”ın dəyəri 200,8 milyon ABŞ dolları olub.
© Azertag.az