09:57 - 23.10.2019
23 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti $1,49 (2,37%) yüksəlib və bir barelə $64,25 təşkil edib.
Əvvəlki ticarət nəticəsində qeyd edilən sıçrayışdan sonra çərşənbə günü neft qiymətləri ticarətdə azalır.
Oktyabrın 22-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,74 (1,26%) artaraq $59,70 təşkil etmişdir.
Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,30 (0,5%) azalaraq $59,40 təşkil edib.
NYMEX birjasında oktyabrın 22-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,85 (1,59%) artaraq $54,14 təşkil etmişdir.
WTI markalı neftin dekabr fyuçersi saat 9:30-da $0,45 (0,83%) azalaraq $54,03 təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026