12:49 - 18.10.2019
18 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən veriləm məlumata görə, cari ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 29 milyon 381,8 min ton neft nəql olunub.
Qeyd olunur ki, nəqletmənin 80,5 %-i Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-sentyabr aylarında bu kəmərlə 23 milyon 648,2 min ton neft nəql edilib.
Hesabat dövründə BTC ilə 3 milyon 431,4 min ton tranzit nefti də ötürülüb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026