10:29 - 18.10.2019
18 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,32 ABŞ dolları və yaxud 0,5% azalıb və bir barelə 63,29 dollar təşkil edib.
Dünənki artımdan sonra cümə günü neftin qiyməti enir.
Oktyabrın 17-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,49 (0,82%) artaraq $59,91 təşkil etmişdir.
Saat 9:25-də Brent markalı neftin dekabr fyuçersi $0,36 (0,60%) enərək $59,55 təşkil edib.
NYMEX birjasında oktyabrın 17-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin noyabr fyuçersi $0,57 (1,07%) artaraq $53,93 təşkil etmişdir.
WTI markalı neftin noyabr fyuçersi saat 9:25-də $0,14 (0,26%) ucuzlaşaraq $53,79 təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026