10:18 - 17.10.2019
17 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,69 ABŞ dolları və yaxud 0,1% yüksələrək bir barelə 63,61 dollar təşkil edib.
Çərşənbə günü yüksəlişdən sonra cümə axşamı Asiya ticarətində neftin etalon markalarının qiymətləri azalır.
Oktyabrın 16-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,68 (1,16%) artaraq, bağlanışda $59,42 təşkil etmişdir.
Saat 9:20-də Brent markalı neftin dekabr fyuçersi $0,47 (0,79%) azalaraq $58,95 təşkil edib.
NYMEX birjasında oktyabrın 16-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin noyabr fyuçersi $0,55 (1,04%) artaraq $53,36 təşkil etmişdir.
WTI markalı neftin noyabr fyuçersi saat 9:20-də $0,53 (0,99%) enərək $52,83 təşkil etmişdir.
Həftənin əvvəlindən Brent təxminən 1,8%, WTI – 2,4% ucuzlaşıb.
10 Avqust 2026
10 Avqust 2026
7 Avqust 2026