16:26 - 16.10.2019
16 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 9 ayının maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabata əsasən, 31 Sentyabr 2019-cu il tarixində bank 939 milyon 661 min manat cəmi aktivlərə, o cümlədən 314 milyon 685 min manat kredit portfelinə malik olub. Müqayisə üçün bildirək ki, ötən ilin sonunda bank 822 milyon 311 min manat cəmi aktivlərə, o cümlədən 285 milyon 949 min manat kredit portfelinə malik idi .
Qeyd edək ki, “Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.
Müəllif: Elmir Murad
18 Avqust 2026