"Paşa Bank"-ın kredit portfeli 23 faiz artıb- Bəhruz Nağıyev

10:20 - 8.10.2019


 8 oktyabr, Fineko/abc.az.  "Paşa Bank"-ın cəmi aktivləri 13 faiz artıb.

ABC.AZ xəbər verir ki, bunu "Paşa Bank"-ın Baş Maliyyə inzibatçısı Bəhruz Nağıyev bankın 30 iyun 2019-cu il üzrə maliyyə nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 O qeyd edib ki, bu rəqəm ötən ilin analoji dövrü üzrə nəticələridir. B.Nağıyevin sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən təmsil etdiyi bank BB minus kimi dəyərləndirilib:"Bu isə təbii ki, bank sektorunda ən yaxşı göstəricidir. Hazırda bankımız Azərbaycanda top 5 banklar sırasına daxildir. Ötən ilin 30 iyun 2018-ci ili ilə müqayisədə bu ilin eyni dövründə ktedit portfelimizdə artım qeydə alınıb. Kredit portfelimiz 23 faiz çoxalaraq 1 milyard 900 min manata gəlib çatıb. Bank sektoruna inamın artması müştəri hesablarında artımla müşahidə olunur. Təbii ki, bu qeyd etdiyim kimi müştərilərin bank sektoruna artmasından irəli gəlir".

 

Müəllif: Elmir Murad