15:11 - 20.09.2019
20 sentyabr, Fineko/abc.az. Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri, Çıraq və Dərinsulu Günəşli” yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Saziş”in - “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edirik. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artıb.
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilmiş, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilmişdir. Ölkəyə təqribən 265 milyard dollar, o cümlədən, neft-qaz sənayesinə 101 milyard dollar həcmində investisiya qoyulub. “AÇG”-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 milyard dolları keçmişdir”.- deyə SOCAR-ın prezidenti qeyd edib.
Qeyd edək ki, “Əsrin Müqaviləsi” kimi tanınmış bu sazişin müddəti 2017-ci ilin sentyabr ayında 2049-cu ilin sonunadək uzadılıb.
8 Avqust 2026
8 Avqust 2026