14:44 - 20.09.2019
20 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 37 milyon 772,6 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Xəbər verilir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, 8 ayda Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 % çoxdur.
Gürcüstan Elektrik Enerjisi Kommersiya Operatorunun hesabatına görə, bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 760,53 milyon kilovat/saat elektrik enerjisi idxal edib.
© Azertag.az
8 Avqust 2026
8 Avqust 2026