13:07 - 3.09.2019
3 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti valyuta hərracı keçirilib.
“Sentyabrın 3-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Daha əvvəlki, avqustun 29-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin 1,70 AZN/1 USD təşkil etmişdir.