15:34 - 2.09.2019
2 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları yanvar-avqust aylarında 6,7% artıb.
AMB-nin məlumatına görə, 30 avqust 2019-cu il tarixinə valyuta ehtiyatları $6004,3 mln. təşkil edir, 1 yanvar 2019-cu il tarixinə isə bu göstərici $5625,7 mln. olub.
Avqust ayında AMB-nin valyuta ehtiyatları artaraq $41,5 milyon (0,7%).
2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artıb. 2017-ci ildə valyuta ehtiyatları 34,2% artıb.