"Fintrend" MMC niyə yenidən təşkil olunacaq?

12:15 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatı (BOKT) yenidən təşkil olunur.

Bu barədə Vergilər Nazirliyinin rəsmi saytında qeyd olunub.

Məlumata görə, yenidən təşkil olunacaq "Fintrend" MMC-dir. Buna səbəb "Azer Online Ödəmə" MMC-nin fəaliyyətinə xitam verərək BOKT-a qoşulmasıdır.