13:09 - 9.08.2019
9 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı banklar eçen növbəti depozit hərracı keçirəcək.
AMB-nin məlumatında deyilir ki, avqustun 14-də keçiriləcək depozit hərracında bank 100 milyon manat cəlb etməyi planlaşdırır.
Vəsaitlər 12 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 6,26% - 8,24% arasında müəyyən ediləcək.
AMB depozit hərraclarını 2016-cı ilib iyun ayından etibarən keçirir.
18 Avqust 2026