Vaxtı keçmiş kreditlər cüzi azalıb

10:43 - 2.08.2019


2 avqust, Fineko/abc.az. 2019-cu ilin iyun ayında ödəmə vaxtı keçmiş kreditlər 7,8 milyon manat azalaraq 1 milyard 486,5 milyon manata düşüb.

May ayının sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 494,3 milyon manat təşkil etmişdi.

Bu barədə Mərkəzi Bankın açıqladığı statistik məlumatlarda qeyd olunub.

Məlumata görə, cari ilin 1-ci yarısında vaxtı keçmiş kreditlər 98,5 milyon manat azalıb. 30 İyun 2019-cu il tarixinə 13 milyard 482,5 milyon manat kreditin 11%-nin və ya 1 milyard 486,5 milyon manatının ödəmə vaxtı keçib. Bu nisbət ötən ilin sonunda 12,2%, Mayın sonunda isə 11,3% idi.