12:05 - 23.07.2019
23 iyul, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə.
Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb.
Buna görə də saat 10.00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb. Samux rayonunda da orta təzyiqli yeraltı qaz xəttinin yenidənqurulması məqsədilə bir qrup abonentin qaz təchizatı saat 11.00-dan dayandırılacaq.