12:12 - 24.06.2019
24 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 24 iyun tarixində hərracda Mərkəzi Bank 150 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 813,4 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.