16:44 - 3.06.2019
3 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 iyun 2019-cu il tarixinə olan pul bazasının həsmini açıqlayıb.
Mərkəzi Bankın məlumatına əsasən, 1 iyun 2019-cu il tarixinə Azərbaycanda pul bazasının həcmi 10,172,4 milyon manat təşkil edib ki, bu da mayın 1-nə nisbətən 7,13% və ya 677,3 milyon manat çoxdur.
2018-ci ilin 30 dekabr tarixinə Azərbaycanda pul bazası 9,545,7 milyon manat təşkil etmişdir. Beləliklə, beş ay ərzində pul bazası 626,7 milyon manat (6,57%) artıb.
2018-ci ildə pul bazasının artımı 12% və ya 1002,5 milyon manat təşkil etmişdir.