14:31 - 26.04.2019
26 aprel, Fineko/abc.az. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Mərkəzi Bankın ilin əvvəlindən indiyə qədər keçirdiyi valyuta hərraclarına Dövlət Neft Fondu 1,9 milyard dollar məbləğində vəsait çıxarıb. O qeyd edib ki, tələb təklifdən 100 milyon dollar çox olub.
Qeyd edək ki, Mərkəzi Bank ilin əvvəlindən bu vaxtadək 30 valyuta hərracı təşkil edib.