Azərbaycanda bank kreditləri üzrə məhdudiyyətlər tətbiq oluna bilər

15:36 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Azərbaycanda bank kreditləri üzrə dərəcələri müəyyənləşdirmək üçün yeni qaydalar tətbiq edilə bilər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Risklərin İdarə edilməsi Şöbəsinin rəhbəri Aytən Məmmədova bildirib ki, Palata, bank kreditləri üzrə faiz dərəcələrini məhdudlaşdırma imkanları nəzərdən keçirilir.

“Bank kreditləri üzrə dərəcələr olduqca yüksəkdir, lakin mövcud qanunvericilik tənzimləyiciyə dərəcələri məhdudlaşdırmağa imkan vermir. Hazırda Palatada kreditlərin faiz dərəcələrinə məhdudiyyətlər qoyulması məsələsi nəzərdən keçirilir, məsələ yalnız müzakirə mərhələsindədir”, - deyə A.Məmmədova bildirib.