Azərbaycan beynəlxalq investisiya reytinqinin bərpasını tələb edəcək

15:32 - 4.03.2019


4 mart, Fineko/abc.az. Azərbaycan hökuməti beynəlxalq reytinq səviyyəsinin yenidən nəzərdən keçirilməsinə nail olmaq istəyir.

Maliyyə naziri Samir Şərifov bildirib ki, beynəlxalq reytinq agentliklərinin verdiyi reytinq (BB +) ölkənin real iqtisadi vəziyyətini əks etdirmir.

“Biz hesab edirik ki, reytinqlər yenidən baxılmalı və sosial-iqtisadi islahatların nəticəsi kimi, (BBB-) investisiya reytinqi səviyyəsinə çatdırılmalıdır”, - Samir Şərifov belə deyib.