09:45 - 8.02.2019
8 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,38 dollar (2,14%) düşüb.
Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,00 dollar təşkil edir.
7 fevral tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin sessiyası nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 1,37 dollar (2,54%) düşərək bir barelə 52,64 dollar təşkil etmişdir.
Saat 9-da “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,44 dollar (0,84%) enərək bir barelə 52,20 dollar təşkil etmişdir.
Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 1,06 dollar (1,69%) enərək bir barelə 61,63 dollar təşkil etmişdir.
Saat 9-a “Brent”in aprel fyuçersi 0,44 dollar (0,71%) enərək bir barelə 61,19 dollar təşkil etmişdir.